22 İyun 2018 17:59
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin mətbuat katibi Hiter Naert Menbiçlə bağlı açıqlama verib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, o, ABŞ-ın YPG terror təşkilatının Suriyanın Menbiç bölgəsindən çıxarılmasına razı olduğunu bildirib.

Naert bununla bağlı Türkiyə və ABŞ arasında anlaşmanın əldə edildiyini də açıqlayıb:

“YPG-nin Menbiçdən çıxmasına razıyıq, amma onun hazırda harada olduğunu deyə bilmərəm”.

Lakin amerikalı rəsmi YPG-nin hansı tarixdə Menbiçdən çıxarılacağı ilə bağlı suala cavab verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər