Qərbi Afrika ölkələrini öz təsiri altına alan Ebola epidemiyası Balkan ölkələri əhalisində də ciddi həyəcan yaradıb.
Axar.az xəbər verir ki, Çernoqoriya və Serbiyada 15 nəfər Ebolaya yoluxma ehtimalı ilə nəzarət altına alınıb.
Çernoqoriyadakı Tibb təşkilatları tərəfindən bildirilib ki, Qərbi Afrikadan Çernoqoriyaya gələn bir nəfər Ebola virusuna yoluxmaqda şübhəli bilinərək nəzarətə götürülüb.
Serbiyada da Qərbi Afrika ölkələrindən gələn 14 nəfərin epidemiyaya yoluxma təhlükəsinin böyük olduğu nəzərə alınaraq onlarla bağlı lazımi tibbi tədqiqat aparılır.
Digər Balkan ölkələri olan Bosniya və Herseqovina, Makedoniya, Xorvatiya, Kosovo və Albaniyada isə hələ ki Ebola epidemiyasına dair hər hansı bir məlumat yoxdur.
Qeyd edək ki, Qərbi Afrikada Ebola qurbanlarının sayı 1013-ə çatıb.
Ümümdünya Səhiyyyə Təşkilatının (ÜST) məlumatına görə isə indiyə qədər bu virusa 1848 nəfər yoluxub.