Bayburtun Taxt kəndində Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə cəmi 1 səs alıb.
Teleqraf.com-un məlumatına görə, kənddəki 153 seçicidən cəmi bir nəfər İncəyə səs verib.
Taxt II Ordunun komandanı, general İsmayıl Mətin Təməlin doğulduğu kənddir.
Rəcəb Təyyub Ərdoğanın qatıldığı iftar yeməyi zamanı general İsmayıl Mətin Təməlin onu alqışlamasına Məhərrəm İncə “sənin poqonlarını sökəcəyəm” deyə reaksiya vermişdi.
Bundan sonra generalın doğulduğu Taxt kəndində insanlar Məhərrəm İncənin bu sərt yanaşmasına görə tənqid etmişdilər.
Seçkinin partiyalara görə nəticələrində də Cümhuriyyət Xalq Partiyası bu kənddən cəmi 1 səs qazana bilib.