Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın həbs edilmiş təhlükəsizlik xidmətinin rəisi Vaçaqan Kazaryanla bağlı yeni faktlar üzə çıxıb.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, onun ayrı-ayrı vaxtlarda dövlət vəsaitlərini xarici ölkələrdəki banklara köçürdüyü məlum olub.
Qeyd edək ki, Vaçaqan Kazaryan iyunun 25-də İrəvanda yerləşən “UNİBank”da təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən pul köçürərkən həbs edilib.
Axtarışlar vaxtı onun üzərindən 120 min dollar, 436 milyon dram (909 min dollar) və qiymətli kağızlar tapılıb. Bununla yanaşı, onun “Lexus” şirkətinin Qazaxıstan filialında 50 min dollarının olduğu aşkar olunub.
Məlum olub ki, Kazaryan;n “Ardshinbank” hesabında özünün adına 860 milyon dollar, həyat yoldaşı Rüzanna Beqlaryanın isə hesabında 690 milyon dollar maddi vəsait var.
Hüquq-mühafizə orqanları qeyd edirlər ki, Kazaryan “Ardshinbank”a əlavə olaraq, 17 milyon dollar köçürməyi planlaşdırıb. Tədqiqat zamanı məlum olub ki, Vaçaqan Kazaryan ayrı-ayrı vaxtlarda “Unibank” və “Ardşinbank”dan yüksək rütbəli dövlət adamlarının adından xarici banklara pul köçürmələri həyata keçirib.
Qeyd edək ki, iyunun 22-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Kazaryan ailəsinə məxsus “Yans” restoranında apardığı axtarışlar zamanı 1 milyard dollara yaxın maddi vəsait aşkar olunmuşdu.