27 İyun 2018 19:34
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Amerikan Dərnəkləri Federasiyasında növbəti seçki keçirilib və Tohan Hazinadar İdarə heyətinin rəhbəri seçilib. Tohan Hazinadar Federasiyanın məqsədlərinə layiqincə xidmət edəcəyini bildirib və onu bu posta layiq görənlərə təşəkkür edib.

O da sevindirici haldır ki, əslən Cənubi Azərbaycandan olan Zöhrə Şərifi 5-ci dəfə Türk Amerikan Dərnəkləri Federasiyasının vitse-prezidenti və İdarə heyətinin üzvü seçilib. Zöhrə Şərifi Azərbaycan Amerika Mədəniyyət Mərkəzinin sədridir. O, yenidən bu mühüm vəzifəyə seçilməsindən şərəf duyduğunu söyləyərək Azərbaycan naminə əlindən gələni edəcəyini və işini ləyaqətlə yerinə yetirəcəyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər