Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi olmuş Məhərrəm İncənin İstanbul bələdiyyə başqanlığına namizəliyi irəli sürüləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə CHP-dən məlumat verilib.
Qeyd edilir ki, CHP "Makron modeli" tətbiq etməklə Məhərrəm İncənin namizədliyini İstanbul bələdiyyə başqanlığına irəli sürəcək, Kılıçdaroğlu isə partiya başqanı olaraq qalacaq. Bu sistem ilk dəfə Fransada tətbiq edilib.
CHP-də hesab edirlər ki, M.İncə seçkilərə hətta partiya başqanı kimi qatılsaydı belə yenə uduzacaqdı. İndiki halda onun partiya başqanı olmadan təbliğat aparması daha məqsədəuyğun hesab edilir.