Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksi almaqdan imtina etməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib.
“Türkiyənin suveren ölkədir və bu məsələ ilə bağlı müstəqil qərarlar qəbul etmək hüququ var. Ankara haradan, hansı müdafiə sistemləri və texnologiyalarını almağı özü həll edir”.
İbrahim Qalın vurğulayıb ki, ABŞ Türkiyə əleyhinə sanksiya tətbiq edəcəyi təqdirdə müvafiq cavab veriləcək.
Mətbuat katibinin sözlərinə görə, ABŞ-ın bu addımı yalnız ikitərəfli münasibətlərə ziyan vuracaq, Ankara isə öz mövqeyindən çəkilməyəcək: "Saziş imzalanıb, gələn il həyata keçiriləcək. Biz yalnız texnologiyanı əldə etmək deyil, həm də onların istehsalı üçün çalışırıq".