1 İyul 2018 20:15
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO üzvü olan Hollandiya Türkiyəni müdafiə etməyəcək. Bizim belə bir öhdəliyimiz yoxdur.

Teleqraf.com xəbər verir ki, Hollandiyanın koalisiya hokumətində təmsil olunan Xristian İttifaqının (CU) lideri Gert-Jan Şegers belə bir iddia ilə çıxış edib.

“De Telegraf” qəzetinə müsahibəsində o, bölgədə vəziyyətin dəyişdiyini deyib:

“Vaxtilə Hollandiya Türkiyəyə “Patriot” raketləri göndərdi ki, özünü müdafiə edə bilsin. Amma indi vəziyyət dəyişib. İndi Türkiyə bölgədə özünü təcavüzkar kimi aparır. Türkiyə Suriyanın Afrin bölgəsində əməliyyatlar keçirməklə “qırmızı xətt”i keçdi.

Əgər Türkiyə hansısa xarici ölkənin hücumuna məruz qalarsa, biz onu müdafiə etməyəcəyik. NATO 5-ci maddəni əsas tutub bizdən bunu tələb etsə belə, qərarımız dəyişməyəcək. Türkiyənin özü də müraciət etsə, “yox” deyəcəyik”.

Gert-Jan Şegers Türkiyənin xarici siyasətinə yönəlik münasibətlərini dəyişmədiklərini açıqlayıb və bu ölkənin Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasını tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər