Suriya hava hücumundan müdafiə qüvvələri Homs əyalətində "Tifor" aviabazasına edilən hava hücumunun qarşısını alıb.
Hava hücumu nəticəsində ölən və yaralanan olmayıb, yalnız maddi ziyan dəyib.
Agentliyin məlumatına əsasən, hücumu İsrail Hərbi Hava Qüvvələri edib.
Bildirilir ki, Suriya hava hücumundan müdafiə qüvvələri bir neçə raketi və İsrailə məxsus hərbi təyyarəni vurublar. İsrailin hədəfi İran və Hizbullah əsgərlərinin yerləşdiyi hərbi baza olub.