12 İyul 2018 15:43
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə parlament sədrinin seçilməsi üçün səsvermə başlayıb.

Səsvermənin ilk mərhələsinin 2 saat davam etməsi gözlənilir. 600 millət vəkilinin olduğu TBMM-də ilk mərhələdə 401 səs toplamağa nail olan namizəd sədr seçiləcək.

TBMM sədrinin seçilməsi üçün keçirilən səsvermədə AKP və MHP keçmiş baş nazir Binəli Yıldırımı, CHP İstanbul millət vəkili Ərdoğan Toprağı, HDP Siirt millət vəkili Maral Danış Beşdaşı, İYİ Partiyası isə İstanbul millət vəkili Xeyrəddin Nuhoğlunu namizəd qismində göstərib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər