Cənubi Koreya Prezidenti Mun Çje İn bütün tərəfləri Şimali Koreyanın denuklearizasiyası prosesinə kömək etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, o, barədə Sinqapurda səfərdə olarkən çıxış edib. Cənubi Koreya Prezidenti deyib:
“Şimali Koreya lideri ölkəsini normal ölkəyə çevirmək istəyir. Mən Şimali Koreya lideri Kim Çen İnlə iki dəfə görüşmüşəm. Onun ideoloji qarşıdurmanı sona çatdırmaq və Şimali Koreyanı normal ölkəyə çevirməklə bağlı böyük arzuları var. Əgər Kim Çen İn denuklearizasiya ilə bağlı verdiyi sözü yerinə yetirsə, o ölkəsini çiçəklənən bir ölkəyə çevirə bilər”.