13 İyul 2018 18:53
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın hazırda mühacirətdə olan sabiq baş prokuroru Luis Orteqa Dias ölkə prezidenti Uqo Çavesin 2013-ci ilin martında deyil, əslində 2012-ci ilin dekabrında öldüyünü bəyan edib.

Teleqraf.com xəbər verir ki, Orteqa bunu “Punto del Corte” portalına müsahibəsində deyib.

O qeyd edib ki, bu barədə ona həmin vaxt Milli Assambleya (parlament) sədri Diosdado Kabelye məlumat verib:

“Mən 28 dekabrda (2012-ci il) ölkədən kənarda idim və mənə Diosdado zəng vurdu ki, “gəl, elə indicə Çaves öldü”.

Eks baş prokuror əlavə edib ki, o həmin vaxt Venesuelaya qayıtmaq üçün bilet almağa başlayıb, ancaq Kabelye yenidən zəng vurub və öz sözlərini inkar edib, Çavesin sağ olduğunu bildirib. Orteqa həmçinin qeyd edib ki, ona indiyədək heç kim Çavesin ölümü ilə bağlı sübut təqdim etməyib.

Rəsmi məlumata görə, U.Çaves 2013-cü ilin martında 58 yaşında Karakasda hərbi hospitalda vəfat edib. O, onkoloji xəstəlikdən əziyyət çəkib. Bu xəstəlik onda 2011-ci ilin ortalarında aşkarlanıb. Çavesin qalıqları Karakasdakı inqilab muzeyində mərmər sarkofakda (daş tabut) saxlanılır.


Müəllif: Səxavət

Oxşar xəbərlər