14 İyul 2018 08:16
2 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın sabiq baş naziri Navaz Şərif və qızı Məryəm İngiltərədən dönərkən Lahorda təyyarədən düşən kimi saxlanıblar.

Teleqraf.com xəbər verir ki, Şərif qızı ilə Londonda müalicə olunan xanımına baş çəkmək üçün İngiltərəyə getmişdi.

Navaz Şərif barəsində açılmış 3 cinayət işindən birincisi olan "Avenfield davası"na görə o, 10 il həbs və 8 sterlin cəzasına layiq görülüb. Qızı isə eyni davaya görə, 7 il həbs, 2 milyon sterlin cezası alıb.

Şərifin Londonda olarkən "Pakistana dönüb həbsə girəcəm" açıqlamasından sonra təmsil olunduğu Pakistan Müsəlman Liqası - Navaz (PML-N) partiya üzvlərini keçmiş liderə dəstək verməyə çağırıb. Amma partiya üzvlərinin xəbəri olmadan Navaz Şərif həbs edilib.

Şərif və qızı Federal Təhqiqat Bürosu (FIA) üzvləri tərəfindən digər təyyarəyə mindirilərək İslamabaddakı diala həbsxanasına aparılıb. Onu burada edam cəzası gözləyir.

Qeyd edək ki, Navaz Şərif 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olub. 28 iyul 2017-ci ildə Pakistan Ali Məhkəməsi korrupsiya ittihamlarının istintaqı çərçivəsində Baş nazir Nəvaz Şərifi vəzifəsindən uzaqlaşdırıb. Onun və ailəsinin adı Panama ofşor zonasında külli miqdarda vəsaiti mənimsəməkdə hallanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər