16 İyul 2018 17:40
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş başa çatıb.

Tramp Putinlə görüşü hamı üçün yaxşı başlanğıc adlandırıb.

Görüş 2 saat 10 dəqiqə davam edib.

***

15:15

Finlandıyanın paytaxtı Helsinkidə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Teleqraf.com-un məlumatına görə, görüşün 3 saat sürəcəyi ehtimal edilir. Yerli vaxtla səhər saatlarında Donlad Tramp Finlandıya prezidenti Sauli Niinistyo ilə görüşüb. Rusiya prezdenti isə Sauli Niinstyo ilə Trampla danışıqlardan sonra bir araya gələcək.

ABŞ və Rusiya liderləri görüşün yekununa dair birgə mətbuat konfransı keçirəcək. Prezidentilər ən çoxu 4 sualı cavablandıracaq.

Onların əsasən Suriya və Ukrayna ilə bağlı məsələləri müzakirə edəcəkləri nəzərdə tutulub.

Finlandiya prezidentinin iqamətgahında baş tutan görüş barədə Donald Tramp mediaya qısa açıqlama verib.

“İki ölkə kimi yaxşı anlaşa bilmədiyimizi düşünürəm. Hesab edirəm ki, dünya bizim aramızda razılaşma olmasını istəyir. Rusiya ilə münasibətlərin yaxşılaşması pis bir şey deyil”, - deyə ABŞ prezidenti vurğulayıb.

Ağ Evin rəhbəri xatırladıb ki, Rusiya və ABŞ bütün nüvə potensialının 90 %-nə sahibdir: “Onlarla nə edəcəyimiz barədə qərar verməliyik”.

Tramp həmçinin Putinin Rusiyada keçirilən dünya çempionatı ilə bağlı təbrik edib: “Bu indiyə kimi keçirilən ən yaxşı dünya çempionatlarından biri idi”.


Müəllif: Nərgiz