18 İyul 2018 12:21
2 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın İrəvandakı səfiri Məhəmməd Hacı İbrahimlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Suriyada baş verən proseslər müzakirə edilib.

Paşinyan diplomatdan Suriyada yaşayan ermənilərin vəziyyəti haqda məlumat alıb və Suriya hökumətinin Ermənistana gəlmək istəyən suriyalı ermənilərə dəstək ifadə edəcəyini diqqətə çatdırıb.

Məhəmməd Hacı İbrahim bu istiqamətdə Suriya başçısı Bəşər Əsədin Ermənistan rəhbərliyinə dəstəyini ifadə edib.

Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqı Suriyadan olan erməni qaçqınların Ermənistanda yerləşdirilməsi üçün 3 milyon avro maddi vəsait ayırıb.

Ermənistan KİV suriyalı ermənilərin işğal edilmiş Azərbaycan ərazilərində yerləşdiriləcəyini və maddi vəsaitlərin bu məqsədlə ayrıldığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər