18 İyul 2018 19:36
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amerikada elə insanlar var ki, müharibə ehtimalına daha tez gedərdilər, nəinki Rusiya ilə yaxşı münasibətlərə razılaşardılar”.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, bu insanlar ABŞ-ın Rusiya ilə yola getməsi faktına nifrət edirlər.

“Bəziləri mənim Rusiya ilə yola getməyim faktına nifrət edirlər. Onlar bununla razılaşmaqdansa, müharibə ehtimalını daha üstün tutardılar”, - o deyib.

Qeyd edək ki, iyulun 16-da Helsinkidə Tramp rusiyalı həmkarı Vladimir Putinlə birinci tam formatlı görüş keçirib. Ölkə liderləri ikitərəfli və beynəlxalq münasibətlərin aktual məsələlərini müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər