22 İyul 2018 15:34
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

1,7 milyon suriyalı qaçqın vətəninə dönə bilər. Bunun üçün Suriyada müvafiq şərtlər yaradılacaq.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Rusiya Müdafiə Nazirliyinin generalı Mixail Mizintsov çıxış edib.

Qeyd edək ki, ötən həftə Helsinkidə Rusiya və ABŞ prezidentlərinin görüşü zamanı suriyalı qaçqınların vətənlərinə dönməsi məsələsi müzakirə edilib.

General Mizintsov əlavə edib ki, qaçqınların vətənlərinə qayıtması üçün müvafiq şəraitin yaradılacaq:

“Rusiya qaçqınlarla bağlı problemin həllini tapmaq niyyətindədir. Suriyanı tərk edən qaçqınların geri qayıtması üçün araşdırma aparılıb. Araşdırmaçı mərkəz 1,7 milyon insanın evinə qayıtması üçün şərtlərin əlverişli olduğu qənaətinə gəlib”.

General bildirib ki, 336 min qaçqın dərhal evinə qayıda bilər:

“2011-ci ildə başlayan müharibədən sonra 6,9 milyon insan Suriyadan ayrılıb. Bu qaçqınlar Türkiyə, Liviya, İordaniya və İraq başda olmaqla dünyanın 45 ölkəsində məskunlaşıb. Bu problemin həlli Suriyaya qonşu ölkələri və Avropanı rahatlaşdıracaq”.

ABŞ dövlət katibi Mayk Pampeo da bildirib ki, Donald Tramp və Putin Suriya probleminin həlli, qaçqınların evlərinə qayıdışı məsələsini müzakirə edib:

“Doğru zamanda və könüllülük əsasında qaçqınların ölkələrinə qayıtması əhəmiyyətlidir. Ancaq bunun necə həyata keçirilməsi üçün çox iş var. ABŞ birmənalı olaraq Suriya probleminin həllində tərəf olmaq niyyətindədir”.


Müəllif: Cavad