BMT-nin Baş Katibi Antonio Quterreşin Kipr üzrə xüsusi nümayəndəsi Jane Holl Lute bu gün Kipr adasına səfər edəcək.
Teleqraf.com xəbər verir ki, BMT-nin xüsusi nümayəndəsi Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı və adanın yunan idarəçiliyinin lideri Nikos Anastasiadislə görüşəcək.
Kiprdə tərəflərin son mövqelərini alacaq xüsusi elçi daha sonra Kipr hesabatını hazırlayacaq.
Xüsusi nümayəndənin səfərindən dərhal sonra Türkiyə xarici işlər naziri M. Çavuşoğlu Levkoşaya gedəcək.