İraq Kürd Regional Birliyinin nəzarətində olan Ərbildə valiliyin binasına silahlı şəxslər hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Xəbərə əsasən, 3 nəfər silahlı binaya hücum edib. Hadisə zamanı 1 polis əməkdaşı yaralanıb. Binanın içərisində gizlənən silahlılar valiliyin əməkdaşlarını girov götürüb.
Polis binanın ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.