15 Avqust 2018 07:35
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda yanğınlar nəticəsində ölənlərin sayı 96-ya çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin yanğınsöndürmə xidmətindən bildiriblər.

Məlumata əsasən, bu gün xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib. Ümumilikdə xəstəxanalarda yanğında xəsarət alan 13 nəfər həlak olub.

Bundan əlavə, xəstəxanalarda yanğınlarda 29 xəsarət alan qalır.

Qeyd edək ki, Yunanıstanda iyulun 23-ü bir neçə iri yanğın baş verib. Havanın çox isti olması və güclü külək yanğınsöndürənlərə yanğını söndürməyə imkan verməyib.


Müəllif: Ruslan