Rusiya post-sovet məkanında, xüsusilə Ermənistandakı mövqelərini itirdi.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Karina Gevorqyan deyib.
Politoloq Ermənistanın yeni iğtişaşlar ərəfəsində olduğunu bildirib:
“Rusiya Ermənistanda yaranmış vəziyyətlə barışmır və bu, Ermənistanda daha təhlükəli iğtişaşların baş verməsini labüd edir. Yeni hakimiyyət balanslaşdırılmış siyasətə üstünlük verməyə çalışır. Həm Rusiya ilə, həm də ABŞ və Avropa İttifaqı ilə münasibətlər qurmağa çalışır. Rusiya isə Nikol Paşinyandan konkret mövqe istəyir. Əgər Paşinyan Rusiyaya əks-mövqe seçəcəksə, bu, Ermənistana baha başa gələcək.
Nikol Paşinyan baş nazir seçildikdən sonra vəziyyəti düzəltmək üçün Rusiyaya səfər etdi. Amma bu, münasibətləri qaydasına salmadı. İndiki vəziyyətdə isə tərəflər arasındakı fikir ayrılıqları özünü ən yüksək formada göstərir”.