25 İyul 2018 10:02
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın baş sözçüsü vəzifəsinə təyinat olub.

Teleqraf.com xəbər verir ki, Ərdoğanın sərəncamına əsasən Türkiyə prezidentinin baş sözçüsü (danışmanı) vəzifəsinə Zəfər Çubuqçu və Fecir Alptəkin təyin edilib.

Bundan başqa, Ərdoğanın qərarı ilə iki nazirliyə 4 nazir müavini də təyin olunub.

Əhməd Ərdəm və Aişə Ərgəzən Sosial xidmət və ailə nazirinin, İbrahim Ər və Rəha Denəmçə isə təhsil nazirinin müavinləri olub.

Prezident tərəfindən qurulan Strateji və Büdcə strukturu rəhbərliyinə isə sabiq maliyyə naziri Naci Ağbal, Əlaqələr Başqanlığına isə professor Fəxrəddin Altun gətirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər