26 İyul 2018 10:28
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adnan Oktar 1 milyon 50 min avro verərək mason lojasında 33-cü dərəcəni əldə etdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri C.Ö. adlı şəxs Harun Yəhya kimi tanınmış türkiyəli ilahiyyatçı Adnan Oktarla bağlı istintaqa verdiyi ifadəsində bildirib:

“Adnan Oktar 2012-ci ildə ölkədən kənarda daha böyük nüfuz əldə etmək üçün mason lojasına üzv olmaq lazım gəldiyini söylədi və mənə bununla bağlı araşdırma aparmağı tapşırdı. Mən də dünyada ən güclü mason lojalarının “Şotlandiya Riti” və “P2” olduğunu öyrənib ona dedim.

Şotlandiyada mason lojasının ritesinə üzv olmaq üçün İngiltərədə yaşamaq şərt idi. Adnan Oktar məndən “P2” mason lojası ilə əlaqə qurmağımı istədi.

Hər dəfəsinə 350 min avro olmaqla 3 dəfə pul verərək Adnanın 33 dərəcəli mason olmasını təmin etdik. Bundan sonra, 2014-cü ildə İtaliya xarici işlər naziri Franko Frattini Türkiyəyə səfər edərkən Adnan Oktarla görüşdü. “P2” lojası Vaşinqtondakı mason lojası ilə birgə hərəkət etdiyi üçün Trampın inauqurasiya mərasiminə dəvət aldıq. Adnan Oktarı təmsil edən Oqtay Babuna və daha bir nəfər həmin mərasimdə iştirak etdi. Bu dəvəti almaq üçün Adnan Oktar 200 min dollar ödədi”.


Müəllif: Cavad

Oxşar xəbərlər