Şimali Koreya 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ölən amerikalı əsgərlərin nəşini ABŞ-a göndərib.
Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp tvitter hesabında “İllər sonra bu hadisə bir çox ailələr üçün gözəl an olacaq. Təşəkkürlər, Kim Çe İnn” sözlərini yazıb.
Qeyd edək ki, amerikalı əsgərlərin nəşi Şimali Koreyanın Vonsan şəhərindən Amerika hərbi təyyarəsi ilə ABŞ-ın Osan hərbi hissəsinə aparılıb.
İddialara görə, tabutlarda 53 əsgərin nəşi var.
65 il əvvəl ölən əsgərlər üçün ABŞ-da rəsmi mərasim düzənlənəcək.