ABŞ avqustda İrana zərbələr endirə bilər. Bu məsələdə ona Böyük Britaniya və Avstraliya dəstək verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Avstraliya hökumətidəki mənbəyə istinadla ABC kanalı məlumat yayıb.
Xəbərə əsasən, rəsmi Kanberra ABŞ-a hava zərbələri endiriləcək obyektlərin müəyyənləşirilməsində kömək edə bilər. Onun sözlərinə görə, analoji köməyi ABŞ-a Böyük Britaniya kəşfiyyat qurumları da göstərə bilər.
Avstraliya Baş naziri Malkolm Ternbull qeyd edib ki, onun ABŞ-ın İranla müharibəyə hazırlaşdığını güman etməyə hər hansı əsası yoxdur.