Rusiya Dumasının deputatı, müğənni Yosif Kobzon komaya düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Bildirilir ki, şənbəyə keçən gecə Kobzonun vəziyyəti gözlənilmədən pisləşib.
Ötən gün deputat ağciyərlərinin ventilyasiyası üçün aparata qoşulub. Bundan əvvəl isə onu reanimasiyaya yerləşdirib.
Kobzonun vəziyyəti ağır-stabil olaraq dəyərləndirilir.