Yəmənin Beyda şəhərində Husilərlə hökumət qüvvələri arasında silahlı qarşıdurma baş verib.
Teleqraf.com xəbər verir ki, qarşıdurma zamanı 36 husi silahlısı öldürülüb, 50 nəfər isə yaralanıb.
Haccə şəhərində isə orduya aid qüvvələr Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə Midi və Hayran qəsəbələrində Husilərin yerləşdirilən 5151 partlayıcı vasitələri zərərsizləşdirib.
Qeyd olunur ki, Yəmən ordusuna bağlı qüvvələr ölkənin cənubu ilə şimalını bağlayan Beyda şəhərində irəliləməkdə davam edir.