Kolumbiyada silahlı hücum nəticəsində 8 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, hadisə El-Tarra bələdiyyəsi ərazisində baş verib. Motosikletlərlə bilyard oyununun oynanıldığı binaya gələn naməlum şəxslər insanlara atəş açıblar.
Hücum zamanı həmçinin daha 3 nəfər yaralanıb.
Hadisənin təfərrüatı açıqlanmır.