Rusiyalı jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko Dekoa şəhərinin ətraf ərazilərini nəzarətdə saxlayan “Seleka” qruplaşmasının yaraqlıları tərəfindən oğurlanıb. Onlar sorğu-sual edildikdən sonra öldürülüblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Afrika Respublikasının “Palmarescentrafrique” nəşri məlumat verib.
Sayt həmçinin Camal və Rastorquyevin cəsədlərinin fotoşəkillərini də yayıb.
Daha öncə rusiyalıların sağ qalan sürücüsü bildirmişdi ki, onlara pusqudan hücum olunub. Onun sözlərinə əsasən, jurnalistlər hadisə yerində qətlə yetiriliblər.