3 Avqust 2018 11:23
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi ilə Türkiyə xarici işlər nazirinin Sinqapurda baş tutan görüşü və müzakirə olunan məsələlərə Türkiyə tərəfinin reaksiyası məlum olub.

Teleqraf.com xəbər verir ki, görüşdən sonra Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlama ilə çıxış edib:

“Bir az əvvəl Pompeo ilə görüş keçirdim. Əvvəla deyim ki, ölkələr arasında problemlər ola bilər, fikir ayrılıqları da mümkündür. Fəqət biz Türkiyə olaraq hər zaman diplomatiya, dialoq vasitəsilə razılaşmalar əldə edilməsini arzu etmişik. Bizim məsələyə yanaşmamız hər zaman bu cür olub. Təhdid və sanksiyalarla heç bir nəticəyə gəlinməyəcəyini də əvvəldən söyləmişik. Bu gün yenə təkrar etdik. Düşünürəm ki, bu fikrimiz yaxşı mənada başa düşülür”.

Çavuşoğlu əlavə edib ki, görüş zamanı ortada olan problemləri həll üçün atılacaq addımlar qiymətləndirilib: “Son dərəcə uğurlu görüş oldu. Ancaq bir görüşlə problemlərin hamısının həll edildiyini gözləmək doğru olmaz”.


Müəllif: Cavad

Oxşar xəbərlər