3 Avqust 2018 12:03
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Tatyana Moskalkova 3 moskvalı qız barədə həbs-qətimkan tədbirinin seçilməsindən narahat olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, ombudsmanın mövqeyini onun mətbuat katibi açıqlayıb.

“Qızlar istintaqla əməkdaşlıq edir, etdikləri əməlin məsuliyyətini dərk edirlər. Yaşılarını və mürəkkəb şəraitdə yaşamalarını nəzərə alaraq, onların tam azadlığa buraxılması, yaxud qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi və zaminlik müqabilində azad edilmələri mümkün olardı”, – deyə ombudsman bildirib.

T.Moskalkovanın fikrincə, məhkəmə qərar çıxararkən humanizm prinsiplərini rəhbər tutmalı idi.

Qeyd edək ki, 17-19 yaşlı qızlar milliyyətcə ermənidirlər. Onlar ataları – 57 yaşlı Mixail Xaçaturyanı ödürməkdə ittiham olunurlar. Qızların hər üçü bildirib ki, çoxillik təhqir və mütamadi zorlamalar onları tiran-atadan yaxa qurtarmağa vadar edib.

Moskva şəhərindəki məhkəmələrdən biri bugünlərdə qızlar barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.


Müəllif: Səxavət

Oxşar xəbərlər