3 Avqust 2018 15:35
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zimbabvedə keçirilən prezident seçkilərində hərbi müdaxilədən sonra hakimiyyətə gələn dövlət başçısı Emmerson Manqaqva qalib gəlib.

Teleqraf.com xəbər verir ki, iqtidarda olan Zimbabve Afrika Milli Birliyi-Yurdsevərlər Cəbhəsinin namizədi Manqaqva seçicilərin 50,8 faizinin, müxalifətdə olan Demokratik Dəyişikliklər Hərəkatının namizədi Nelson Chamis isə seçicilərin 44,3 faizinin səsini alıb.

Müxalifət namizədinin Harare kimi böyük şəhərlərdə hakimiyyət namizədindən çox səs alması diqqət çəkən məqam olub.

5, 6 milyon seçicisi olan Zimbabvedə keçirilən prezident seçkilərində 20-dən çox namizəd iştirak edib.


Müəllif: Cavad

Oxşar xəbərlər