5 Avqust 2018 19:25
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan avqust ayının 17-də Moskva və Krasnodarda kütləvi erməni nümayişləri keçirməyi planlaşdırır. Hesab edirəm ki, o, bu addımı ilə Rusiyanın “səbr kasası”nı daşıracaq.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Martınov deyib.

Politoloq Paşinyanın Ermənistanın daxili problemləri ilə məşğul olmasının ən doğru seçim olacağını bildirib:

“Küçə şüarları ilə problemləri həll etmək mümkün deyil. Ermənistanda bir çox problem var - bunlar insani problemlər, infrastruktur, logistika və təhlükəsizliklə bağlıdır. Lakin o, illüziyalara qapılıb problemləri həll etmək yerinə, Ermənistanın təhlükəsizliyinə ciddi zərər vuracaq qərarlar verməklə məşğuldur. Hesab edirəm ki, Paşinyan dövlət başçısı postuna uyğun adam deyil”.

Martınovun qənaətinə görə. Nikol Paşinyan Ermənistan üçün “ideal küçə lideri” ola bildi:

“İnsanların ona simpatiyası var, lakin Paşinyanın bir ölkəni idarə etmək bacarığı və təcrübəsi yoxdur. Üstəgəl, bir-birinin ardınca səhvlər edir.

Hesab edirəm ki, Paşinyan bu səhvləri ilə uzun yol gedə bilməyəcək. Çünki Ermənistan üçün vəziyyət dəyişməyib. Xüsusilə də, Ermənistanın qonşu dövlətlərlə olan münasibətlərindəki problemlərin həll edilmədən qalması və Azərbaycanla müharibə vəziyyəti Paşinyan üçün yaxşı heç nə vəd etmir. Nəzərə almaq lazımdır ki, Ermənistanın təkcə Azərbaycanla yox, Türkiyə, Gürcüstan və İranla da problemləri var. Buna görə də Paşinyanın tam olaraq nə istədiyini bilmirəm.

Hesab edirəm ki, Paşinyanın həvəskar davranışları qarşısında Rusiya siyasətdə təcrübəli olan Prezident Armen Sərkisyana daha çox diqqət etməlidir. O, Ermənistanın İqor Dodonu (Moldova) ola bilər. Buna görə də Paşinyan bir sıra qərarları verməzdən əvvəl bunu Sərkisyanla müzakirə etməli, onunla məsləhətləşməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər