11 Avqust 2018 22:45
2 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Türkiyəyə yönəlik sanksiya qərarından sonra İsrail televiziyası Prezident Trumpa qalmaqallı bir təklif verib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, İsrail televiziyası FETÖ rəhbəri Fətullah Gülənin Ağ Evə dəvət edilməsi təklifi ilə çıxış edib

Pensilvaniyanın ən böyük şəhəri olan Filadelfiyadan canlı yayına qatılan jurnalist Gregg Roman "İ24 News" proqramının aparıcısı Tal Heinriçin suallarını cavablayarkən, Türkiyə ilə ABŞ arasındakı böhranla bağlı açıqlamalar verib. O, Türkiyəyə qarşı sanksiyaların yetərsiz olduğunu və FETÖ rəhbəri Fətullah Gülənin Ağ Evdə qarşılanmasının lazım gəldiyini deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər