15 Avqust 2018 11:31
2 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni Milli Konqresi Partiyası (ANC) keçmiş prezident Robert Köçəryanın həbsdən azad edilməsi ilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu partiya Köçəryanın azad edilməsinə etirazını bildirib.

Partiya hesab edir ki, hüquq-mühafizə orqanlarının bu addımı qəbuledilməzdir və buna görə ANC vətəndaşları 2008-ci il martın 1-də dinc insanların qırğınını təşkil etmiş Köçəryandan intiqam almağa çağırıb.

Bəyanatda deyilir:

“Müəyyən qüvvələrin təsiri altında, Apellyasiya Məhkəməsi Robert Köçaryanın həbsinə dair birinci instansiya məhkəməsinin qərarını ləğv etmək barədə qeyri-qanuni qərar qəbul edib. Bu kampaniya 46 millət vəkili və mövcud hakimiyyətin Kütləvi İnformasiya Vasitələrinin qəzəbli təbliğatı ilə başladı”.

ANC baş nazir Nikol Paşinyanı müəyyən siyasi qüvvələrin təsiri altında Köçəryanı azad etməkdə ittiham edir: “Hər kəsi bu sui-qəsd planı təşkil edənlərdən intiqam almaq üçün avqustun 17-də İrəvanda keçiriləcək mitinqə dəvət edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər