Əfqanıstanın paytaxtı Kabildə yerləşən təhsil müəssisəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb, 67 nəfər isə yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, partlayış bu gün “Mawoud Academy” özəl təhsil müəssisəsinin binasında baş verib. Partlayıcı qurğunu kamikadze-terrorçu işə salıb. Partlayış məktəbdə məşğələ zamanı törədilib.