Dünyanın ən böyük işki və qida şirkətlərindən olan "PepsiCo" İsrailin "SodaStream" içki şirkətini satın alıb.
Teleqraf.com xəbər verir ki, "PepsiCo" "SodaStream"dəki hər bir səhm payına 144 dollar təklif edib. 3:2 milyard dollarlıq satınalma üzrə anlaşma əldə olunub.
Anlaşmadan dərhal sonra "Nyu York" birjasında "PepsiCo"nun səhmləri 0,8 faiz artaraq 115,85 dollar civarına yüksəlib. "SodaStream"də qalxaraq 142,80 dolar olub.