24 Avqust 2018 23:57
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda 5 il əvvəl 1100 nəfəs yolları, o cümlədən ağciyər xərçəngi halı qeydə alınmışdısa, indi bu göstərici ildə 1900-dən çoxdur.

Bunu Ermənistanın səhiyyə nazirinin müavini Lena Nanuşyan deyib.

Onun sözlərinə görə, 2016-cı ildə 1930 ağciyər, bronx və qırtlaq xərçəngi halları qeydə alınıb.

Qeyd olunur ki, 2010-cu ildən ölkədə bu göstərici durmadan artır, xəstəlikdən ölüm halları isə orta hesabla 1050-1200 ətrafındadır. Ermənistan kimi ölkə üçün bu rəqəmlərin az olmadığı deyilir.

\Trend\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər