30 Avqust 2018 15:14
2 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişi cəhdinin “qara qutusu” hesab olunan Adil Öksüz beynəlxalq axtarışda olan qardaşı Kamal Öksüz Ermənistanda saxlanılıb.

Teleqraf.com “Haber7”ə istinadla xəbər verir ki, ABŞ tərəfindən avqustun 23-də İnterpola axtarışa verilən Kamal Öksüzün adını Kevin kimi dəyişərək qeyri-hökumət təşkilatları ilə Ermənistanda işlədiyi məlum olub. Ermənistan hüquq-mühafizə orqanları FETÖ üzvünün dünən tutub.

O, ABŞ nümayəndələr palatasının etika komitəsinə saxta sənədlər təqdim etməkdə təqsirləndirilir.

“Azərbaycanın Dostları Assosiasiyası”na rəhbərlik etmiş Kamal Öksüzün 2013-cü ildə bir qrup Konqres üzvlərini Azərbaycan və Türkiyəyə gətirdiyi bildirilir. Bu səfərlərlə bağlı Konqresə təqdim olunan sənədlərdə uyğunsuzluq olduğuna və 9 konqresmenə və 32 amerikalı vəzifəli şəxsə minlərlə dollar dəyərində hədiyyə verdiyi üçün Kamal Öksüz barəsində axtarış elan edilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər