Donetskdə partlayış nəticəsində tanınmamış "Donetsk Xalq Respublikası"nın rəhbəri Aleksandr Zaxarçenko ölüb.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış "Separ" kafesində baş verib.
Partlayış nəticəsində separatçı rejimin maliyyə naziri Aleksandr Timofeyev yaralanıb.
Rusiya Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin üzvü İvan Teterin Zaxarçenkonun ölümünə görə rəsmi Kiyevi günahlandırıb: "O, Kiyevə əl vermirdi. Güman ki, Zaxarçenkonun ölümü Kiyevin işidir".