1 Sentyabr 2018 14:06
2 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sadə həyat tərzinə görə dünyanın ən kasıb prezidenti ləqəbi qazanan Uruqvayın keçmiş dövlət başçısı Xose Muxika senator pensiyasını almaqdan imtina edib.

Teleqraf.com “BBC”yə istinadla xəbər verir ki, 2015-ci ildən Uruqvay senatında çalışan Xose Muxika bu həftə senator postunu da tərk edib.

Prezidentlik müddəti bitəndən sonra senatda vəzifə tutan Xose Muxika pensiyaya çıxmaq üçün məktubla müraciət edib. Keçmiş prezidentin 2020-ci ilə qədər senator kreslosunda qala biləcəyi vurğulansa da, o, uzun müddətli əmək stajına görə yorulduğunu qeyd edib.

Prezidenliyi müddətində də öz həyat yoldaşı ilə birlikdə ailə fermasında yaşayan Xose Muxika uzun illərdir satış üçün gül becərir və maaşının 90 faizini xeyriyyəçiliyə sərf edir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər