Ukraynada baş verən hadisələr bütün dünyanın diqqətini öz üzərinə çəkib. Eyni zamanda Ukraynanın yeni seçilən prezidenti Petr Poroşenko və xanımı Marina Poroşenko da kifayət qədər diqqət çəkən personlardır. Yəqin ki, buna görə də Elle sentyabr nömrəsini birinci lediyə həsr edib.
Teleqraf.com xəbər verir ki, 52 yaşlı xanım Marina Poroşenko dünyaca məşhur jurnalın üz qabığını bəzəyir. Qeyd etmək lazımdır ki, ondan öncə keçmiş baş nazir Yuliya Timoşenko da ELLE-də çəkilmişdi.
Jurnalda xanım Poroşenkonun müsahibəsi və fotosesiyası verilib. Esasən milli geyimlərdə çəkilən 1-ci ledi ailəsi və şəxsi həyatı haqqında danışıb.
Ülkər