ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münasibətlərindəki böhranı çözmək üçün Fələstin-İordaniya konfederasiyasının qurulması təklifi ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Fələstin lideri Mahmud Abbas ABŞ rəsmilərinin ona Trampın təkliflərini çatdırdığını bildirib.
Rəmallahda "Peace Now" adlı vətəndaş cəmiyyəti nümayəndələrilə görüşən M.Abbas İsrailin də bu konfederasiyanın bir tərkibi olacağı halda təkliflə razılaşacağını bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıması bölgədə gərginliyi artırıb. Etirazlar zamanı yüzlərlə fələstinli öldürülüb.