Myanmada “Röyter” Agentliyinin iki əməkdaşına 7 il həbs cəzası verilib.
Teleqraf.com xəbər verir ki, jurnalistlər ölkədə müsəlman böhranı haqda ilk xəbər yayan şəxslərdir.
Həbs edilən jurnalistlər Va Lone və Kyav Soe ilə bağlı agentliyin rəhbər heyətində təmsil olunan Stepan Adler açıqlama verib:
“İşini peşəkarcasına görən iki müxbirə medianı susdurmaq məqsədilə təzyiqlər edilir, onlar 9 aydır ki, həbsdədir”.
Qeyd edək ki, Myanma hökuməti jurnalistlərin dövlət sirri haqqında qanunu pozduğunu iddia edir.