5 Sentyabr 2018 22:15
2 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Solsberidə zəhərlənmə insidenti ilə bağlı yeni məlumatların müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş edib.

Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirs deyib.

Qeyd edək ki, bu gün Britaniya polisi Solsberidə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın həyatına sui-qəsddə ittiham olunan rusiyalı Aleksandr Petrov və Ruslan Boşirovu həbs edib. Britaniyalı müstəntiqlər hesab edirlər ki, hər iki şəxsin ad və soyadları başqadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər