Bu gün İdlibdə qəbilə başçıları bir araya gələrək, Rusiya və Əsəd ordusunun əməliyyatı ilə bağlı toplantı keçiriblər.
Teleqraf.com-un xəbərinə görə, qəbilə başçıları son vəziyyəti müzakirə edərək, bir sıra qərarlar qəbul ediblər.
CNN Türk kanalının əməkdaşının məlumatına görə, qəbilə başçılarının qərarlarından biri İdlibi tərk etməmək barədədir: "Onların digər qərarı isə müqavimət göstərməklə bağlıdır. Qəbilə başçıları İdlibə hücum olacağı təqdirdə, Əsəd ordusu ilə son ana qədər döyüşəcəklərini bildiriblər".