Filippində zəlzələ baş verib.
Teleqraf.com bildirir ki, ABŞ-ın Geoloji Araşdırmalar Bürosu Filippinin cənubunda 6,4 bal gücündə zəlzələ qeydə aldığını açıqlayıb.
Zəlzələnin ölüm və dağıntılara səbəb olub-olmadığı haqda informasiya yoxdur.
Qeyd edək ki, son bir neçə gündə Asiya qitəsində yerləşən Yaponiya və Çində güclü yeraltı təkanlar olub.