Əsəd rejiminə aid vertolyot İdlibin güneyindəki Has kəndində yerləşən "Həyat nəbzi" adlı xəstəxananı bombalayıb.
Teleqraf.com-un xəbərinə görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Bimbardman zamanı "Çəllək bombası"ndan istifadə edilib.
Qeyd edək ki, Rusiya və Suriya qırıcıları dünən də İdlibin güneyindəki yaşayış məntəqələrini bombalayıb. Bu əməliyyat zamanı 7 dinc sakinin öldüyü, 7 nəfərin isə yaralandığı bildirilir.