11 Sentyabr 2018 01:17
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa, Almaniya, İtaliya və Böyük Britaniya Fələstin Xan əl-Ahmar qəsəbəsindəki evlərin İsrail tərəfindən uçurulmasının ağır nəticələr verəcəyi ilə bağlı Təl-əvivə xəbərdarlıq ediblər.

Teleqraf.com xəbər verir ki, bəyanatda Qüds şəhəri yaxınlığında yerləşən Xan əl-Ahmar qəsəbəsinin əhəmiyyətindən bəhs edilir.

İsrail bu qəsəbədəki evlərin qanunsuz tikildiyini əsas gətirirək onların uçurulacağını bəyan edib. Orada yaşayan 200 ərəb isə məcburən köçürüləcək.

Fransa, Almaniya, İtaliya və Böyük Britaniya İsrail hökumətinə müraciət edərək qəsəbənin məhvi planının icrasından çəkinməyə çağırıblar. Müraciətdə qeyd olunur ki, bu addımın nəticələri çox ağır olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər