Suriyada kürdlərdən ibarət silahlı qruplaşma olan YPG İdlib əməliyyatında Suriya hökumətinə dəstək vermək barədə qərar qəbul edib.
Teleqraf.com “Röyter” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi xəbər yayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Nyu York tayms” qəzetinə müsahibəsində ABŞ hökumətinə bu barədə xəbərdarlıq edib.
Xatırladaq ki, ABŞ və Türkiyənin birgə mübarizə apardığı Bəşər Əsəd hökuməti Rusiya və İranın dəstəyi ilə İdlibdə hərbi əməliyyata hazırlaşır. Bəşər Əsəd açıqlamasında Suriyanın hər qarış torpağını azad edəcəyini vurğulayıb.
YPG-nin bu əməliyyatlarda Əsəd qüvvələrinə dəstək olacağını iddia edən Türkiyə tərəfinin terror qruplaşmasına baxışı Ağ Evdən fərqlidir. Pentaqon İŞİD-lə mübarizədə YPG-ni vasitəçi kimi görür.